
Rusiya prezidenti Vladimr Putin Fransaya səfərini Böyük Britaniyanın baş naziri Devid Kameronla görüşlə başlayıb. Görüşdə diqqət çəkən məqam tərəflərin bir-birinə əl verib salamlaşmaması olub.
Putinlə Kameron Ukraynadakı vəziyyəti və iki ölkə arasında münasibətləri müzakirə ediblər.
Qarşıdakı günlərdə Putin Fransa prezidenti Olland və Almaniya kansleri Merkellə də görüşməlidir.
Putin Fransaya II Dünya Müharibəsi zamanı müttəfiq qoşunların Normandiyaya yeridilməsinin 70 illiyinə həsr olunan tədbirlərə qatılmaq üçün gedib.
azadliq.info


