Bakıda 21 yaşlı oğlan dostunu öldürdü

Bakıda qətl hadisəsi baş verib.

 Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində-96  saylı məktəbin həyətində qeydə alınıb.

 Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Yusif Nadir oğlu Ələkbərzadə aralarında yaranan mübahisə zəminində dostu, 1992-ci il təvəllüdlü Elçin Vaqif oğlu Abbasovu bıçaqlayaraq qətlə yetirib.

 Hadisəni törədən E. Abbasov tutulub.