“NATO müdafiə xərclərini artırmalıdır”

ABŞ müdafiə naziri Çak Heygel bildirib ki, NATO üzvü olan ölkələr müdafiə xərclərini azaltmağı dayandırmalı və xərcləri aratırmağa keçməlidirlər.

 Heygel bunu Brüsseldə NATO-nun üzvü olan 28 ölkənin müdafiə nazirləri ilə görüşdən sonra deyib. Çak Heygel Krımın Rusiya tərəfindən anneksiyasını NATO-ya ən böyük sınaq adlandırır. Heygel deyib ki, ABŞ Ukraynanın təhlükəsizlik qüvvələrinə 18 milyon dollar yardım təklif edib.

İyunun 4-də Barack Obama bildirdi ki, ABŞ Ukraynaya zirehli geyimə və gecə görmə avadanlığına əlavə 5 milyon dollar ayırır. (azadliq.org)