Bakıda badımcandan telefon çıxdı

Bakıda təcridxanada badımcanın içərisindən mobil telefon çıxıb. ANS PRESS-in Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, xidmətin əməliyyat aparatının əməkdaşları Bakı İstintaq təcridxanasında axtarış-baxış keçiriblər.

Təcridxanada saxlanılan İbrahim Nadir oğlu Muxtarova xalası oğlu vətəndaş Maarif Nuhbala oğlu Dəmirovun gətirdiyi sovqata baxış olub.

Keçirilən baxış zamanı sovqatda olan badımcanın içərisindən daxilində danışıq kartı olmayan 1 (bir) ədəd “Kenxinda” markalı mobil telefon aparatı aşkar edilib.

İbrahim Muxtarov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 maddələrinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.