“Polislər” 1 milyon manat oğurlamış şəxsin başına oyun açdı

Aprelin 11-də Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalan şəhərində şirkət ofisindən 1 milyon manat oğurlayan şəxslə bağlı daha bir maraqlı məqam üzə çıxıb 

Lent.az-ın məlumatına görə, Abşeron RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə “Karat” MMC-dən oğurluq etdiyinə görə tutulmuş 28 yaşlı Ramil İmaməliyevin cari ilin may ayının 1-də özlərini polis əməkdaşı kimi təqdim etmiş Kürdəmir rayon sakini Aqil Şəmiyev, Zamiq Xasıyev, Aqşin Məmmədov, Ruslan Əliyev və Beyləqan rayon sakini Röyal Qədirov tərəfindən aldadılması müəyəyn edilib. Həmin şəxslər özlərini polis kimi təqdim ediblər və R.İmaməliyevi “KİA” markalı avtomobilə oturdulub Xırdalan şəhərinin ərazisinə aparıblar. Burada 1 milyon manat oğurlamış şəxsdən hədə-qorxu gəlib oğurlanmış puldan 450.000  manatını alıblar.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şəmiyev, R.Qədirov və Z.Xasıyev tutulub.

Faktla əlaqədar daha bir cinayət işi başlanıb.