Krım tatarlarının lideri ABŞ prezidenti Obamaya müraciət edərək Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırdı
Krım tatarlarının lideri, «Batkivşina» partiyasından olan deputat Mustafa Cəmilov (Krımoğlu) Varşavada «Həmrəylik» mükafatına layiq görülüb. Mükaat alan Cəmilov ABŞ prezidenti ilə Krımın Rusiya tərəfindən işğalı məsələsini də müzakirə etmək niyyətindədir. O, ABŞ prezidentindən Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini istəyəcək.
Mükafatlandırma mərasiminə ABŞ dövlət katibi Con Kerr idə qatılacaq. Mükafatı Polşanın xarici işlər naziri Radosla Sikorski təqdim edəcək.
250 min avro pul mükafatı nəzərdə tutan premiya ilk dəfədir ki, təqdim edilir. Mükafat Polşanın demokratik dəyişikliklər yoluna qədəm qoymasına səbəb olan «dəyirmi masa»nın 25 illiyi münasibətilə təsis edilib.
azadlıq.info


