Kəmalə Bənənyarlının qızı: “Arabir başında ağrılar olur”

Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədidəki məntəqəsində inzibati cəza çəkən AXCP üzvü Kəmalə Bənənyarlı iyunun 2-də oğluyla görüşüb. Bunu iyunun 3-də “Media forum” saytına Kəmalə Bənənyarlının qızı Səidə deyib. Səidənin bildirdiyinə görə, anasının vəziyyəti yaxşıdır, saxlanma şəraitində problem yoxdur: “Arabir başında ağrılar olur, ümumi götürdükdə isə səhhəti normaldır”.

Kəmalə Bənənyarlı mayın 6-da həbsdə olan bir qrup “Nida” fəalına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutulub. Mayın 7-də Nəsimi Rayon Məhkəməsi ona 30 sutka həbs cəzası verib. Kəmalə Bənənyarlı iyunun 5-də azadlığa çıxacaq.