Poroşenko rəsmən Ukrayna prezidenti elan olundu

MSK Poroşenkonu rəsmi olaraq seçkinin qalibi elan edib

Ukraynanın Mərkəzi Seçki Komissiyası rəsmi olaraq elan edib ki,  Petr Poroşenko yeni prezident seçilib.

MSK-nın iyunun 2-də verdiyi məlumata görə, mayın 25-dəki prezident seçkilərində Poroşenko səslərin 54,7 faizini toplayıb. Seçkidə ikinci yeri tutan Yulia Timoşenkoya səslərin 12,8 faizi verilib. MSK bildirir ki, 35,5 milyon seçicidən 18 milyonu səsverməyə gəlmişdi.