Luqanskda gedən qızğın döyüşün görüntüsü VİDEO

Sərhədçilərə hücum edən separatçılar snayperlərdən istifadə edir

 Ukraynanın Luqanskl şəhərində 400-dən çox separatçı Dövlət Sərhəd Xidmətinin bazasına hücum edir. 

ANS PRESS-in məlumatına görə, hücum bu gecə saat 00:30 radələrindən başlayıb. Gecə saat 4 radələrindən isə separatçılar qranatomyotlardan istifadə etməyə başlayıb. Ukrayna Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, hücumların qarşısı alınıb. Lakin səhər saatlarından etibarən separatçılar ərazidə yerləşən hündürmərtəbəli binalardan snayperlərlə sərhədçilərə atəş açmağa başlayıb. 7 sərhədçi yaralanıb. Separatçılar bölgəyə əlavə canlı qüvvə gətirməyə davam edir. Səhər saat 7 radələrində silahlı toqquşmaların davam etdiyi əraziyə 400 separatçı gətirilib. Separatçılar minomyot və TŞK-lardan istifadə edir.

Ukrayna Silahlı Qüvvələri və digər güc strukturları isə sərhədçilərə kömək etmək üçün bölgəyə hərbçiləri göndərməyib.