Bakıda iki gün əvvəl baş vermiş silahlı dava ilə bağlı bəzi təfərrüatlar məlum olub. Nərimanov Rayon Polis İdarəsindən milli.az-a bildirilib ki, təxminən 30 nəfərin iştirak etdiyi dava ilə bağlı 13 nəfər tutulub. Dava iştirakçıları mübahisəyə “Mecedes”, “Range Rover”, “Mercedes-Galendegaven”, “Niva”, “BMW X6” markalı avtomobillərdə gəliblər.
Beysbol dəyənəkləri ilə silahlanmış şəxslərlə yerli sakinlər arasında dava düşüb. Bu zaman onlardan biri tapança ilə havaya 2 atəş açıb.
Xatırladaq ki, “Çermet” qəsəbəsində baş vermiş hadisəyə “BMW X6” markalı avtomobilin sürücüsünün avtoxuliqanlığı səbəb olub. Artıq həmin sürücünün kimliyi də məlum olub. O, Fuad Tariyel oğlu Axundovdur.

Bakıda dəyənəklərlə məhəlləyə hücum edən harınlamışlar kimlərdir?
•


