Bakı-Qazax magistralında daha bir dəhşətli qəza: ölənlər var

Son 2 gündə bu yolda baş vermiş qəzalarda 10 nəfər ölüb 

Bu gün saat 20.30 radələrində Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi olub.

“Mercedes” markalı minik maşını ilə “VAZ -2106” markalı avtomobil toqquşub. Nəticədə bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə ağır xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildiilib ki, hadisə yerinə yol polis əməkdaşları gedib.

Qəza nəticəsində ölən və yaralananların şəxsiyyəti hələlik müəyyənləşməyib.  (APA)