Bu gün Kiyevdə GUAM ölkələri üzrə Demokratiya və İnsan Haqqları Fondu təsis edilib. Bu barədə Fondun mətbuat xidmətindən Moderator.az-a məlumat veriblər. Yeni yaradılan qurumun məqsədi GUAM ölkələri-Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovada demokratik cəmiyyətin inkişafına dəstək, insan hüquqlarının qorunması, demokratik seçki təcrübəsinin tətbiqi və siyasi plüralizmin inkişafına dəstək verməkdir. Yeni yaradılan Fondun məqsədlərinin həyata keçirilməsi üçün, GUAM ölkələrinin vətəndaş cəmiyyətlərinin və siyasi partiyalarının təmsilçiləri six əməkdaşlıq etməyi qarşısına məqsəd qoyub.
Fondun ilk layihələrindən biri Azərbaycanın siyasi partiya təmsilçıləri və vətəndaş cəmiyyətinin nümayəndələri üçün Kiyevdə “Demokratiya və İnsan haqları” və eyni zamanda “Ukraynada demokratik hərakat təcrübəsinin öyrənilməsi” mövzusunda trening keçirmək olacaq. İnstitut ABŞ və Avropa beynəlxalq hüquq müdafiə təşkilatları ilə sıx əməkdaşlıq etməyi planlaşdırır.
Qurumun təsisçiləri aşağıdakılardır:
1) Natalya Kvyat (Ukrayna)
2) Georg Curculesko (Moldova)
3) Aleks Yadigarovski (Polşa)
4) Cesika Makkonnel (Böyük Briyaniya)


