Donetsk ətrafında döyüşlər gedir

Donetsk ətrafındakı Xoroşovo qəsəbəsində Ukrayna hökumət qüvvələri ilə separatçılar arasında döyüşlər gedir.

“Şaxtyor” futbol klubunun məşq bazası ətrafında atəş və partlayış səsləri eşidilir.

 Ukrayna Hərbi Hava Qüvvələrinin hərbi hissəsi üzərində vertolyot uçur. Beynəlxalq aeroport ətrafında isə yeni qarşıdurma başlayıb. (APA)