Ukrayna sərhədinə hücum

Hərbi əməliyyatlar Luqansk vilayətində gedir

Ukraynanın Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, Luqansk vilayətində “Dyakovo” sərhəd dəstəsi hücuma məruz qalıb. 

Ukrayna sərhədçilərinə kömək üçün hərbi aviasiya qaldırılıb. 

“Təxminən 30 dəqiqə qabaq 80-ə yaxın terrorçu “Dyakovo” sərhəd xidməti şöbəsinə hücum edib”, – deyə Bakı vaxtı ilə saat 22:00-də Ukrayna sərhəd xidmətinin mətbuat xidmətinin başçısı Oleq Slobodyan bildirib.

Verilən məlumata görə, seperatçılar avtomat, qumbaraatan və pulemyotlardan istifadə edir. Sərhədçilər döyüşməkdə davam edirlər. (anspress.com)