Kadırov Ukraynada çeçenlərin döyüşdüyünü etiraf etdi

Ukraynada döyüşlərdə 1 çeçen həlak olub

Çeçenistan başçısı Ramzan Kadırov Ukraynanın cənub-şərqində döyüşən 14 çeçenin olduğunu təsdiq edib.

Bu haqda Rusiya mətbuatı xəbər verib.

“Bu gün Ukrayna mətbuatı Donetskdə çeçen xüsusi qüvvələrinin olduğunu iddia edib. Bu, həqiqətə uyğun deyil. Bizim hesablamalarımıza əsasən, orada 14 çeçen var. Silahlı qarşıdurma nəticəsində onlardan biri həlak olub, 4-ü isə yaralanıb”, – deyə Kadırov bildirib.

Qeyd edək ki, ötən gün Çeçenistan mətbuatında Ukraynanın cənub-şərqində rusiyayönlü terrorçular tərəfdən döyüşən çeçenlərdən 45 nəfərə yaxınının meyitini Çeçenistana aparıblar.

Xatırladaq ki, bir müddət öncə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Ukraynanın şərqində respublikanın silahlı sakinlərinin olması haqqında informasiyanı təkzib etmişdi: “Mən rəsmən bildirirəm ki, bu, həqiqətə uyğun deyil. Heç bir “çeçen hərbi qulluqçusu” və ya “Çeçenistan Respublikasının xüsusi hərbi kolonu” münaqişədə iştirak etmir”, – Kadırov Instagram səhifəsində yazmışdı. (anspress.com)