
Avropa Birliyinin komisarı Ştefan Füle Ukrayna, Gürcüstan və Moldavanın təşkilata üzvlüyünə tərəfdardır. Almaniyanın “Die Welt” nəşrinə açıqlamasında Füle bəyan edib ki, AB-nın genişlənməsində Şərqi Avropa ölkələri mühüm əhəmiyyət kəsb edir. Onun fikrincə, Avropaya inteqrasiya perspektivi Şərqi Avropa ölkələrinin islahatlar aparması üçün gözəl stimuldur. Füle onu da qeyd edib ki, Ukrayna, Gürcüstan və Moldovanın assosiasiya müqaviləsinə imza atması AB ilə ikitərəfli əməkdaşlıqda son hədd deyil.
azadliq.info


