
Bakı-Qazax yolunda 4 nəfərin ölümü, 8 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzasının şəkilləri yayıldı.
ANS PRESS-in məlumatına görə, şəkillərdən də göründüyü kimi sərnişin mikroavtobusu ilə yük maşınının toqquşması ciddi fəsadlara yol açıb. İnsan tələfatı ilə yanaşı maşınlara da ciddi ziyan dəyib.
Xatırladaq ki, hadisə Bakı-Qazax yolunun 281-ci kilometrliyində, Yevlax rayonu ərazisində qeydə alınıb. Bakıdan Qazax rayonuna gedən “Ford” markalı sərnişin mikroavtobusu yolun eyni hərəkət zolağında qarşı tərəfdə hərəkətdə olan Türkiyənin yol-tikinti şirkətinə məxsus “SHACHMAN” markalı yük maşınına arxa tərəfdən çırpılıb. Hadisə nəticəsində “Ford” markalı sərnişin mikroavtobusu yoldan çıxaraq aşıb.
Mikroavtobusun sürücüsü Mətiyev Ceyhun, eləcə də onun qardaşı Mətiyev Səxavət, həyat yoldaşı Mətiyeva Susanə, onların azyaşlı övladları Mətiyeva Xanım, Mətiyev İbrahim Səxavət oğlu, eləcə də digər sərnişinlər Nuriyev Aqil Həşim oğlu, Quliyeva Zemfira, Əliyev Vahid müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Həmçinin, ailənin digər azyaşlı övladları – 2012-ci il təvəllüdlü Fəridə Səxavət qızı Mətiyeva, 2013-cü il təvəllüdlü Xanım Səxavət qızı Mətiyeva və şəxsiyyəti hələ ki, məlum olmayan daha iki nəfər aldığı ağır bədən xəsarətləri səbəbindən dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.






***
Bu gün Ağdaş-Qaradeyin yolunda Ləkiyə yaxın ərazidə dəhşətli qəza baş verib. Ağdaş Rayon Polis İdarəsindən “anspress”ə verilən məlumata görə, məzunlar olan mikroavtobusla “SACHMAN” markalı yük maşını toqquşub.
Qəzada 3 nəfərin ölüb, 8 nəfər isə ağır xəsarət alıb. Yevlax rayon xəstəxanasından verilən məlumata görə, xəsarət alanların vəziyyəti ağırdır.
Mikroavtobus Bakıdan Qazaxa gedirmiş.
Yevlax Rayon Mərkəzi xəstəxanasının baş həkimi İlhamil Quliyevin “anspress”ə verdiyi məlumata görə, ölən və xəsarət alan şəxslərin əksəriyyəti qohum olub.
Xəsarət alanlar bunlardır: Ağstafa rayon Qırlı kənd sakinləri: 1985-ci il təvəllüdlü Məsiyev Səxavət İlyas oğlu, 1993-ci il təvəllüdlü Məsiyev Şükanə İlyas qızı, 1978-ci il təvəllüdlü, Məsiyev Səxavət İlyas oğlu, 2013-cü il təvəllüdlü Məsiyev Xanım Səxavət qızı, 2014-cü il təvəllüdlü Məsiyev İbrahim Səxavət oğlu, Ucar rayonu Məlikballı kənd sakini 1996-cı il təvəllüdlü Nuriyev Aqil Həşim oğlu, Qazaxa rayon sakini 1968-ci il təvəllüdlü Quliyeva Zemfira İdris qızı, Ağstafa rayon sakini, 1990-cı il təvəllüdlü Əliyev Vahid Zahid oğlu.
İ.Quliyevin sözlərinə görə, hazırda yaralıların vəziyyəti normalıdır.
Ağstafa rayon Qırlı kənd sakini, 2012-ci il təvəllüdlü Məsiyeva Fəridə Səxavət qızı hadisə yerindəcə dünyasını dəyişib. Ondan başqa bir qadın və bir kişi ölüb. Onların cəsədləri birbaşa morqa aparıldığına görə, adları hələlik məlum deyil. Ehtimal olunur ki, ölən kişi və qadın Məsiyeva Fəridə Səxavət qızının valideynləridir.


