BMT-də çalışan azərbaycanlı gənc “Azadlıq”a yazdı

May ayının 29-u BMT Sülhməramlı qüvvələrinin bayram etdiyi gündür (beynəlxalq sülhməramlı qüvvələr günü).  BMT baş qərargahında keçirilən təntənəli qəbul mərasimində mən də iştirak etdim. Nyu Yorkda keçirilən tədbirdə onlarla ordu generalı və BMT baş katibinin müavini cənab Yan Eliasson da iştirak edirdi. 

Onunla görüşüb söbət etmək imkanı əldə etdim, Qarabağ problemi haqda qısa fikir mübadiləsi apardıq. Yan Elliasson 1994-cü ildə atəşkəsin əldə edilməsi prosesində iştirak etdib. Onun dediyinə görə xaqları sülhə hazırlamaq, ərazi bütövlüyü təmin olunmaqla sülhə nail olmaq vacibdir.  

Mənə bütün işlərimdə uğurlar diləyən cənab Yan Eliasson, gələcəkdə sülhə nail olmaqda mən və mənim timsalımda Azərbaycan gəncliyinin hərkətli olmasının vacib olduğunu vurğuladı. Daha sonra Cənab Yan Eliasson ilə xatirə şəkli çəkdirdik.

Tədbir zamanı söhbətləşdiyim insanlardan biri də Britaniyalı genral-mayor Adrian Foster idi. Adrian Foster Britaniya ordusunda 33 il xidmət edib, BMT-nin İraqda keçid dövründə təhlükəsizlik qüvvələrinin  komandanı olub.  General Mayor Adrian Foster həmçinin Bosniya, Konqo kimi ölkələrdə sülhün bərqərar olunması üçün uzun illər xidmətlər göstərib.  O, həmçinin Boyük Britaniya Hərbi Qüvvələr Nazirinin köməkçisi postunu da icra etmişdir. Adrian Foster ilə qısa söhbət zamanı beynəlxalq və regional konfliktlər haqqında fikir mübadiləsi apardıq. General Mayor Adrian Foster mənə öz məsləhətlərini  xüsusən da Qarabağ haqda fikirlərini bölüşdü.

Keçirdiyim görüşlərin nəticəsi olaraq onu deyə bilərəm ki, Azərbaycan və Ermənistan arasında konflikti hakimiyyət çözmək fikrindən tam uzaqdır.  Artıq gənclərin yüz minlərlə, kütlələrlə bu prosesə qoşulması zamanıdır. Fikrimcə, bu prosesdə əhəmiyyətli rolu  Azərbaycan qadınları oynaya bilər. Bü gün Azərabaycanda qadınlar hər sahədə diksriminasiyaya məruz qalır. Artıq azərbaycan qadını proseslərə qoşulmalı, nəinki öz gələcəyi hətta övladlarının gələcəyini düşünməlidir. Hər bir sahədə olduğu kimi, Qarabağ məsələsi haqda ictimai, açıq müzakirələrə qadınlar, universitet tələbələri və xüsusən də qızlar qoşulmalıdır.

 Emil İsmayıl,

BMT-nin humanitar əlaqələr departamentinin əməkdaşı