Təkanlar bu gün səhər saatlarında qeydə alınıb
Azərbaycan-Ermənistan sərhəddində zəlzələ baş verib. ANS PRESS-in məlumatına görə, hadisə bu gün səhər 07:15-də qeydə alınıb.
Yeraltı təkanlar vardenis şəhərindən 29km aralıda qeydə alını b. Zəlzələnin gücü episentrdə 3 bal olub.
Qeyd edək ki, bu gün səhər saat 06:32-də Xəzər dənizində də zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, zəlzələnin şiddəti 3.6 bal gücündə qeydə alınıb.
57 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.
Ötən axşam saat 18.14-də də Xəzər dənizində zəlzələ qeydə alınmışdı.


