“Sepah” generalı Suriyada öldürülüb

İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) generalı, qurumun Quru Qüvvələrinin komandirlərindən olan Abdulla İsgəndəri Suriyada öldürülüb.

“Media forum” saytının məlumatına görə, İran saytları Abdulla İsgəndərinin mayın 26-da öldürüldüyünü bildirsələr də, hadisənin səbəbi və təfərrüatı haqda hər hansı məlumat yaymayıblar.

Abdulla İsgəndərinin Suriya prezidenti Bəşər Əsəd hökumətinə müxalif qruplarla silahlı qarşıdurmada öldürüldüyü təxmin edilir.