“Qanun” nəşriyyatı Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin 5-ci cildini çap edib. Cilddə onun 1918-ci il fevral – 1920-ci il aprel aylarında mətbuatda və rəsmi sənədlərdə dərc edilmiş 100-dən artıq əsəri daxil edilib. Kitab Azərbaycan Xalq Cümhuriyyət günü münasibətilə nəşr olunub. Kitabı araşdırıb toplayan, ərəb əlifbasından latın əlifbasına çevirən, ön sözün müəllifi, lüğətin tərtibçisi professor Şirməmməd Hüseynovdur.
“Turan”


