Rusiya prezidenti Vladimir Putin Ukraynada seçkilərin yekun nəticələri rəsmən elan olunandan sonra Pyotr Poroşenkonu təbrik etmək niyyətindədir. Bu barədə “RİA Novosti” Rusiya prezidentinin köməkçisi Yuri Uşakova istinadla məlumat yayıb. Uşakov deyib ki, Ukraynada rəsmi nəticələr elan olunandan sonra trəbriklə bağlı qərar veriləcək. O əlavə edib ki, Putin hələ seçkilərdən əvvəl Ukrayna xalqının rəyinə hörmət edəcəyini bildirmişdi.
azadliq.info


