
ABŞ prezidenti Barak Obama Krımın işğalından sonra ölkəsinin beynəlxalq ictimai rəyə təsir etməklə Rusiyanın təcridinə nail olduğunu deyir.
Ukrayna saytlarının məlumatına görə, Obama ABŞ-ın beynəlxalq rəyi formalaşdırmaq imkanlarının dərhal Rusiyanın təcrid olunmasına kömək etdiyini bildirib. “Məhz ABŞ-ın liderliyi sayəsində beynəlxalq aləm Rusiyanın hərəkətlərini pislədi, Avropa və “Böyük yeddilər” sanksiyaların tətbiq edilməsində bizə qoşuldular, NATO Şərqi Avropa qarşısında öhdəliyini möhkəmlətdi, ATƏT müşahidəçiləri dünyanın Ukraynanın qeyri-sabit vilayətlərinə nəzər salmasına nail oldular”, – deyə Obama bildirib – “Biz situasiyanın necə inkişaf edəcəyini bilmirik. Ciddi çağırışlar olacaq. Ancaq müttəfiqlərimizə verdiyimiz dəstək Ukrayna xalqına öz gələcəyini seçməyə şans verdi” – deyə ABŞ prezidenti əlavə edib.


