100 terrorçu məhv edildi

Terrorçuların itkilər verdiyini Rusiya mətbuatı da təsdiq edib

Bu gün Donetsk bölgəsində terrorçulara qarşı əməliyyatlar zamanı Rusiyadan olan 100 dən artıq muzdlu döyüşçü məhv edilib. ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna mətbuatına güc strukturlarından xəbər verilib. “Təsdiq edilmiş informasiyaya görə 100-dən çox terrorçu məhv edilib. Daha çox yaralı var. Dəqiq hesablama aparmaq çətindir. Döyüşçulərin coxu Rusiyadan gəlmiş muzdlulardır”, – deyə mənbə bildirib. 

Terrorçuların Donetskdə böyük itkilər verdiyini Rusiya mətbuatı da təsdiq edib. Donetskdə Putilovski körpüsündə gedən döyüş zamanı “DXR” bölmələrindən birinin 35 döyüşçüsü öldürülüb. Bu haqda Rusiya mətbuatına terror təşkilatındakı mənbələr məlumat verib. 

“Putilovski körpüsündə RPQ-dən “Vostok” batalyonunun maşını vurulub. İlkin məlumatlara görə, 35 nəfər həlak olub, 15 nəfər yaralanıb”, – deyə terrorçular bildirib. Gün ərzində Donetskdə terrorçularla Ukrayna hökümət qüvvələri arasında toqquşmalar davam edir. Şəhər sakinlərinin arasında həlak olan və yaralılar haqqında məlumatlar var.