Ukraynanın Milli Təhlükəsizlik Şurasının katibi Andrey Parubiy bəyan edib ki, ölkə MDB-dən çıxma prosesinə start verib: “Milli Təhlükəsizlik Şurasında qərara alınıb ki, Ukrayna nəinki MDB-də fəaliyyətini dayandırmalıdır, eyni zamanda bu təşkilatdan çıxma prosesinə start verməlidir”. Xatırladaq ki, bir müddət əvvəl Ukrayna XİN-in informasiya siyasəti üzrə departamentinin direktoru Yevgeniy Perebeynis bəyan etmişdi ki, rəsmi Kiyev MDB-də təmsilçilikdən imtina ilə bağlı qərar qəbul edib.
azadliq.info


