Sürücülərin yol polisinə çağırılması qadağan edildi

Mayın 26-da prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Virtualaz.org saytı prezidentin saytına istinadən bildirir ki, yeni məcəlləyə görə, sürət həddinin 10-20 km/saat aşılmasına görə cərimə 30 manatdan 10 manata endirilib. Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan cərimə ballarının sayı 12-dən 20-yə qaldırılıb. 20 cərimə balı toplandıqda sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılacaq. Əvvəlki məcəllədə sürücülük hüququ 2 aydan 1 ilədək məhdudlaşdırılırdı. 

Bundan sonra qayda pozan sürücünün DYP orqanına çağırılması qadağandır – yeni məcəllə bunu tələb edir.

Cərimənin ödənilməsi gecikdikdə hər gün üçün əlavə olunan dəbbə pulu 2 faizdən 1 faizə endirilir. Eyni zamanda cəriməni ödəyərkən 10 faizlik güzəştdən istifadə müddəti 5 gün hesablanır. Əvvəllər isə bu müddət üç gün idi.