Human Rights House təşkilatı QHT rəhbərləri Anar Məmmədli və Bəşir Süleymanlının azadlığını tələb edirlər.
Təşkilat mayın 26-da yaydığı bəyanatda bildirir ki, BMT-nin iki xüsusi məruzəçisi Anar Məmmədlinin dərhal azadlığa buraxılmasını, onunla birgə təqsirləndirilən şəxslərə qarşı isə ittihamlara son qoymağa çağırıb.
Human Rights House Cenevrə Bürosunun rəhbəri Florian Irminger bildirib ki, BMT ekspertləri də ittihamların Anar Məmmədli və onun həmkarlarının məhz gördükləri işlə bağlı olduğunu anlayıblar.
Human Rights House mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Məmmədlinin işini aparan hakim Rauf Əliyevə də təqsirləndirilən şəxslərə qarşı ittihamların geri çəkilməsi ilə bağlı məktub ünvanlayıb (azadliq.org)
“Human Rights House” Anar Məmmədliyə azadlıq tələb edir
•


