Operatorun xəbərdarlıq mesajının arxasında nə dayanır?
Son günlər «Azercell» abunəçilərinə aşağıdakı məzmunda xəbərdaredici mesaj gəlir: «Hörmətli abunəçi! Əlavə xərclərin yaranmaması üçün şübhəli zənglərə və SMS-lərə geri dönməməyinizi tövsiyyə ediirik».
Bu vaxta qədər «Azercell» və digər mobil operatorlarla bağlı abunəçilərdən müəyyən narazılıqlar daxil olurdu. Əsas problem şirkətin müxtəlif tarif və kampaniyalara qoşulmaq üçün tələb olunan nömrələrə sms göndərməyi reklam etməyi idi. Telefona gələn mesajda xidmətin pulsuz, yaxud cəmi 5 qəpik olduğu göstərilsə də, sonradan kampaniyaya qoşulan abunəçinin balansından külli miqdarda pul çıxırdı. Daha sonra bu kampaniyadan çıxmaq üçün də müəyyən vəsait ödəmək tələb olunurdu.
«Azercell»in abunəçilərə göndərdiyi son mesajın abunəçilərini məhz bu tip kampaniyalardan qorumaq məqsədi daşıdığıı dünüşmək olardı. Bunu dəqiqləşdirmək üçün «Azercell» müştəri xidmətlərinə müraciət etdik. Lakin müştəri xidmətindən bildirildi ki, şirkət beynəlxalq nömrələrdən gələn zəng və mesajların yarada biləcəyi problemlərdən narahatdır. Yəni beynəlxalq nömrədən abunəçiyə zəng edilir yaxud mesaj göndərilir və ondan geri zəng etmək xahiş edilir. Bu xahişi yerinə yetirən abunəçinin balansından xeydi vəsait çıxır. «Azercell» isə buna görə məsuliyyət daşımadığını göstərmək üçün yuxarıda qeyd olunan mesajla abunəçilərinə xəbərdarlıq edir.
Fizzə


