Seul avtovağzalında dəhşət: 7 ölü, 20 yaralı

Avtobus terminalında güclü yanğın olub

Cənubi Koreyanın paytaxtı Seul yaxınlığında avtobus terminalında baş verən güclü yanğın azı 7 nəfərin ölümünə səbəb olub. 

Daha 20 nəfərin də xəsarət aldığı bildirilir. Onlardan ikisinin vəziyyəti ağır olduğundan, ölənlərin sayının artacağı istisna edilmir. 

“Renhap” agentliyinin məlumatına görə, Seulun peyk-şəhəri sayılan Koyan şəhərciyində baş verən yanğın artıq nəzarət altına alınıb. 

İlkin versiyaya görə, yanğına avtovağzal ərazisində aparılan qaynaq işləri zamanı ətrafa saçılan qığılcım səbəb olub.