Saakaşvili Poroşenkonun müşaviri ola bilər

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və keçmiş iqtisadiyyat naziri Kaxa Dendukidze Ukraynanın yeni dövlət başçısı Pyotr Proşenkonun komandasında təmsil oluna bilərlər. Unian-ın açıqlamasına görə, bunu  “UDAR” Partiyasının lideri, Kiyevin yeni meri Vitali Kliçko deyib. 

 “Gürcüstan bizim üçün nümunədir. Bir çoxları ilə bu mövzuda danışmışam. Saalaşvili ilə də söhbət etmişik. O öz xidmətlərini təklif edib”, – deyə Kliçko bildirib. 

azadliq.info