Əli Kərimli Sahib Kərimlini təbrik etdi

AXCP sədri Əli Kərimli AXCP sədrinin müşaviri, Ali Məclisin Rəyasət Heyətinin üzvü, keçmiş vicdan məhbusu Sahib Kərimlini 40 yşı tamam olması münsibətilə təbrik edib. Təbrikdə deyilir: 

Hörmətli Sahib bəy! Sizi, çox gənc yaşlarından diktaturaya qarşı mübarizəyə qoşulmuş, bu yolda dəfələrlə həbs həyatı yaşamış, rejimin fiziki. maddi, mənəvi təzyiqləri qarşısında geri çəkilməyən, əqidəsinə sadiq, fədakar cəbhədaşımı 40 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bütün etiraz aksiyalarında həmişə öndə, ən qaynar nöqtələrdə, mitinqlərin alovlu aparıcısı, bacarıqlı təşkilatçı, səmimi dost, mübariz insan olaraq sizinlə qürur duyuram. Sizə sağlıqlı uzun ömür, müqəddəs amallarınızın gerçəkləşməsini və bütöv, azad və demokratik Azərbaycanda sevdiklərinizlə birlikdə sevincli günlər arzulayıram, mücadilənizdə uğurlar!