Şəhərə giriş məhdudlaşdırılıb
Donetsk hava limanı Ukrayna hərbçilərinin nəzarətindədir. Bu barədə məlumatı Ukrayna silahlı qüvvələri zabiti Aleksey Dmitraşkovski verib. Zabitinin sözlərinə görə, separatçıların hava limanını geni almaq üçün nə «gücü, nə vəsaiti» yoxdur.
Eyni zamanda Donetskə, hava limanı və dəmir yolu vağzalı tərəfə yollar bağlanıb. Bu da vətəndaşların təhlükəsizliyinin təminatı məqsədilə edilib.
azadlıq.info


