Bakıda 9 maşın toqquşdu

Bakıda zəncirvari yol qəzası baş verib. Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Bakı Dairəvi yolunda, Sədərək Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb. Hadisə zamanı 10-dək avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Qaradağ Rayon Polis İdarəsindənAPA-ya faktı təsdiqləyiblər. Polisdən bildirilib ki, hadisə zamanı 9 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb.