Ata oğlunu bıçaqladı

Hadisə Xaçmaz rayonunun Alekseyevka kəndində qeydə alınıb

Xaçmaz rayonunda bıçaqlanma faktı qeydə alınıb. ANS PRESS-in şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb. 

Kənd sakini, 1961-ci il təvəllüdlü Dəmirov Əhliman Abbasqulu oğlu 1990-cı il təvəllüdlü oğlu Səxavəti bıçaqlayıb. Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən S.Dəmirova boynun kəsilmiş yarası və bel nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətləri diaqnozu qoyulub.

Hadisəni törədən ata Dəmirov Əhliman həbs edilib. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.