“Ukraynada prezident seçkiləri baş tutdu. Yerli vaxtla saat 17:00-a olan məlumata görə, seçicilərin 50 faizdən çoxu artıq səs verib”. UNİAN saytının məlumatına görə, bu barədə keçiridiyi brifinqdə parlamentdəki “Batkıvşina” fraksiyasının sədr əvəzi Sergey Sobolovev məlumat verib. Onun sözlərinə görə, bu, o deməkdir ki, ölkədə seçkilər baş tutmuş hesab oluna bilər.
“Biz hər saat seçkilərlə bağlı operativ məlumat alırıq. Saat 17:00 üçün seçki məntəqələrinə seçicilərin 50 faizdən çoxu gəlib və səs verib. Həlledici məsələ, yəni Rusiyanın və şəxsən cənab Putinin seçkiləri pozmağa hesablanmış planı puç oldu. Belə bir şey baş vermədi” – deyib o bildirib.


