Rusiyada şokolad istehsal olunub. Başlıca məsələ şokoladın istehsalı deyil onu örtən kağızın üzərində Rusiyanın 2015-ci il xəritəsinin təsviridi. Şokoladın üzərində elə belə də yazılıb: Rusiyanın 2015-ci il xəritəsi. Xəritədə nəinki Krım hətta qonşu dövlətlətin ərazisi Rusiyanın tərkibində göstərilir. Bura Orta Asiya, Baltika və Skandinaviya ölkələri və hətta Alyaska da daxildir. Şokoladın arxa hissəsində belə bir qeyd var: “Bu xəritə real deyil, yalnız bədii təsvirdir. “Şokoboks” şirkəti digər xalqların milli hisslərinə hörmət edir və onları təhqir etmək niyyətində deyil. Biz qardaş xalqlara sülh və əminamanlıq arzulayırıq”.


