Putin sanksiyalardan qorxduğunu etiraf etdi

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva Ukraynada seçkilərdən sonra formalaşacaq hakimiyyət orqanları ilə əməkdaşlıq etməyə hazırdır. Kreml başçısı etiraf edib ki, Avropa və ABŞ seçkiləri pozmağa görə RF-i sanksiyalarla hədələyib. Bu sanksiyalar isə «Rusiyanın təhlükəsizliyinə təhdiddir». 

Putin həmçinin «imperiya və Sovet İttifaqını bərpa etmək» niyyətində imtina edib. O bildirib ki, bu səhv fikirdir və «informasiya müharibəsinin elementidir». 

azadlıq.info