“Ramiz Mehdiyevlə razı deyilik”

Amerika səfirliyi Ramiz Mehdiyevə cavab verib

 

ABŞ-ın Bakıdakı səfirliyi Amerikanın Səsinin Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin AzərTAc dövlət agentliyinə Amerikanın Azərbaycandakı səfirini kəskin tənqid edən müsahibəsi ilə bağlı sorğusuna cavab verib. Cavabda deyilir:  

“Səfir Riçard Morninqstarın dünən dediyi kimi insanların, cənab Ramiz Mehdiyev də daxil olmaqla fikrini ifadə etmək hüququ var. Biz cənab Mehdiyevin fikirləri ilə razı deyilik. Biz hər kəsi veb saytımızda yerləşdirilmiş müsahibənin (http://photos.state.gov/libraries/azerbaijan/749085/highlights/TRANSCRIPT_Amb_Morningstar_RFERL_05162014_c.pdf) əsli ilə tanış olmağa və deyilənlər barədə öz fikrilərini formalaşdırmağa çağırırıq”, deyə səfirliyin cavabında deyilir.