Qobustanda atraksion aşdı

Azərbaycanın Qobustan rayonunda faciəli hadisə baş verib. APA-nın xəbərinə görə, hadisə Qobustan rayonunun “Bağbağat” İstirahət-əyləncə Mərkəzində qeydə alınıb. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi atraksionlardan biri aşıb. Nəticədə 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib.

Məktəbin digər şagirdi – 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəlliməsi, 1971-ci il təvəllüdlü Əziziova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Qobustan rayon Polis Şöbəsində araşdırma aparılır.