
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya mayın 25-də Ukraynada keçiriləcək prezident seçkilərinin nəticələrinə hörmətlə yanaşacaq. Putin bu sözləri Peterburqda keçirilən iqtisadi forumun gedişində çıxışı zamanı deyib: “Biz anlayırıq ki, Ukrayna xalqı ölkənin uzanan böhrandan çıxmasını istəyir. Biz Ukrayna xalqının seçiminə hörmətlə yanaşacağıq və nə baş verəcəyini müşahidə edəcəyik”.
Putin vurğulayıb ki, Rusiya özünün qərb sərhədlərində, “qardaş Ukraynada” sabitliyin bərpa olunmasında maraqlıdır. “Biz hazırda həmin ölkədə hakimiyyətə nəzarət edən şəxslərlə əməkdaşlıq edirik. Əlbəttə yeni seçilən strukturlarla da əməkdaşlığımızı davam etdirəcəyik”, deyə Putin qeyd edib.
azadliq.info


