Bakıda fəhlə binadan yıxılaraq öldü

Hadisə Məhəmməd Hadi və Sadıqcan küçələrinin kəsişməsində yerləşən tikintidə baş verib

Bakının Xətai rayonunda tikintidə ölüm hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Məhəmməd Hadi və Sadıqcan küçələrinin kəsişməsində yerləşən tikintidə baş verib.

Hündürlükdən yıxılaraq ölən fəhlənin şəxsiyyəti artıq müəyyənləşib. Bu, 1980-ci il təvəllüdlü Elşad Abdulxalıqovdur. Meyit morqa göndərilib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.