Rusiya Federasiyasında axtarışda olan iki nəfər Azərbaycanda tutulub. Daxili Işlər Nazirliyinin verdiyi məlumata görə, Baş Cinayət-Axtarış Idarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi və Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Nəriman Maqliyev tutulub.
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Tehran Osmanov saxlanılıb.(APA)


