QHT-lər də metrodan çıxarılır

Zaur Hüseynov Rauf Zeyniyə bir həftə vaxt verib

Bakı Metropolitenin yeni rəisi Zaur Hüseynov rəhbərlik etdiyi müəssisənin balansında olan binalarda qərargah quran təşkilatlara oturduqları ofislərdən çıxmaları üçün bir həftə müddət verib. Sözügedən təşkilatlar əsasən keçmiş rəis Tağı Əhmədovla yaxşı münasibətlərdə olan şəxslərin rəhbərlik etdiyi qurumlardır. «Azadlıq»ın əldə etdiyi məlumata görə, çıxmasına vaxt verilən təşkilatlardan biri də Rauf Zeyninin rəhbərlik etdiyi Milli QHT Forumudur. Xəbərdə deyilir ki, bir həftə müddət zaman qoyulmuş təşkilatlar arasında digər QHT-lər də var.

İnformasiya şöbəsi