Tailand Quru Qoşunlarının komandanı general Prayut Çan-Oça mayın 19-da ölkədə hərbi vəziyyət elan edib. “Media forum” saytının məlumatına görə, hökuməti iş başında saxlayan general hərbi vəziyyətin elan olunmasını hakimiyyət və müxalifət tərəfdarları arasında mümkün toqquşmaları önləmək niyyəti ilə izah edib, bunun dövlət çevrilişi olmadığını vurğulayıb.
Ötən ilin noyabrından Tailandda hökumət əleyhinə davamlı aksiyalar keçirilir. İndiyədək toqquşmalarda 28 nəfər həlak olub.
Mayın 7-də Tailand Konstitusiya Məhkəməsi baş nazirin səlahiyyətlərini icra edən Yinqlak Çinavatı istefaya göndərib. Həmin gün onun yerinə yerinə Nazirlər Kabineti rəhbərinin sabiq müavini və ticarət naziri Nivatxamronq Bunsonqpaisan təyin olunub.


