Mayın 20-də Rumıniyanın paytaxtı Buxarestə gələn ABŞ vitse-prezidenti Co Bayden birgə hərbi təlim keçirən ABŞ və Rumıniya hərbçilərinə müraciət edib. O deyib ki, Rumıniya ABŞ-ın etibarlı tərəfdaşıdır və Rumıniya ABŞ-a güvənə bilər.
Onun sözlərinə görə, NATO ölkələri tək deyil. Ukrayna böhranı haqda isə Bayden bildirib ki, Avropanın sərhədləri dəyişdirilməməlidir. (azadliq.org)


