Şoyqu çəkilmək əmri verdi

Rusiya müdafiə naziri Sergey Şoyqu Ukrayna ilə sərhəddə yerləşən Rus qoşunlarınpın daimi dislokasiya yerlərinə çəkilmək haqda əmr verib. ANS PRESS-in məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyi təsdiq edib. “Təlimlərdən sonra hərbçilər qatarlarla daimi dislokasiya yerlərinə qayıdacaqlar”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir. 

Qeyd edək ki, Anders Foq Rasmussen Rusiya prezidenti Vladimir Putinin Rus qoşunlarının Ukrayna ilə sərhəd bölgədən çəkilmək əmrini verdiyini açıqladıqdan sonra sərhəddə heç bir hərəkətin qeydə alınmadığını bildirmişdi.