7 yaşlı oğlanın məktəbdə dəyənklə döyüldüyü deyilir

Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində 7 yaşlı uşağı dubinka ilə döyüblər. Bu məlumatla “bizimyol.info” internat evindəki mənbəyə istinadla yayıb. Məlumata görə, hadisə bir neçə gün öncə baş verib. 7 yaşlı Mahiri orada çalışan müəllimələrin biri döyüb. Uşağın başından dəyənəklə vurulub. O, ağır zədə alıb.

Uşağın döyülməsinin səbəbinə gəlincə, isə mənbə bildirib ki, bu, onun nadinc olması ilə bağlıdır. Mahiri Gülya adlı müəllimənin döyüldüyü bildirilir.
Məlumatı verən şəxs sonradan ona təzyiq olunacağından qorxduğu üçün adının gizli saxlanmasını istəyib.

“Virtualaz.org” saytının əməkdaşı məlumatla bağlı Suraxanı Rayon Polis İdarəsi 31-ci polis bölməsi ilə əlaqə saxlayıb. Polis bölməsindən bildirdilər ki, bu barədə onlarda heç bir məlumat yoxdur.
İnternat məktəblə əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb. Məktəbdən telefon zənglərinə cavab verən olmayıb.