Bakıda polkovniki maşın vurdu

Piyada ağır vəziyyətdə hospitala yerləşdirilib

Bakıda yüksək rütbəli hərbçini maşın vurub.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 3-cü mikrorayon dairəsində qeydə alınıb.

“Mercedes” markalı maşın yolu keçmək istəyən piyada, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub.

Piyada ağır vəziyyətdə hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.