ABŞ səfirliyi Novruz Məmmədova cavab verdi

“Novruz Məmmədovun söylədikləri həqiqətəuyğun deyil”, – ABŞ səfirliyinin mətbuat xidmətindən Prezident Administrasiyasının rəhbərinin ittihamlarını Turan-a şərh edərkən bildiriblər.

Xatırladaq ki, vətəndaş cəmiyyətinə qarşı təqiblərə son qoyulması ilə bağlı ABŞ səfiri Riçard Morninqstarın çağırışını şərh edən N.Məmmədov bildirib ki, səfir Azərbaycan hökumətini öyrətməməlidir.