Ukrayna ordusu bir gecədə 100-ə yaxın Rusiyameylli silahlını öldürdü

Ötən gecə Ukrayna hərbçiləri Slavyansk yaxınlığında anti-terror əməliyyatı zamanı 100 nəfərə yaxın Rusiyameyilli döyüşçünü öldürüb. Bu barədə jurnalist Arkadi Babçenko öz yazısında məlumata verib.
“Bu gün bütün gecə Slavyanskın kənarında, kərpic zavodu ətrafında artilleriya və xüsusi xidmət orqanları işləyirdi. Səhər saatlarında kəşfiyyat orqanları həmin əraziyə daxil oldu. Döyüş iştirakçılarının verdikləri məlumata görə, Rusiyameyilli qüvvələr 100-ə yaxın itki verib”, – deyə jurnalist qeyd edib.